Tələbələrin bir hissəsinin narazılığına baxmayaraq 1+4 proqramının təcrübəsi eyni formatda davam edəcək

STAJIREBA

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatında Mülki İnteqrasiya İdarəsinin “1+4” proqramı üzrə təhsil alan milli azlıqlara mənsub tələbələrin ictimai müəssisələrdə təcrübə keçməsi proqramı yenidən başlayır. Layihənin təqdimatı artıq 14 mart tarixində keçirilib. Bu layihənin pilot hissəsi ötən ilin sentyabr ayında baş tutub. Bunun nəticəsində də 20 ictimai müəssisədə milli azlıqlara mənsub 65 nəfər tələbə artıq təcrübə keçib.
Sevinc Hümbətova Marneulinin Qacağan kəndinin sakinidir. O, İlya Universitetinin Avropaşunaslıq fakultəsində təhsil alır. Sevincin dediyinə görə, o, Rustavi şəhərində, Kvemo-Kartli quberniyası idarəsində “1+4” proqramı çərçivəsində təcrübə keçib.

“Bir neçə dəfə getmişdik. Dəftərxanada oturduq. Heç kim bizimlə maraqlanmırdı. Heç bir təcrübə keçmədik, sadəcə dəftərxanay gedirdik və otururduq. Oturub izləyirdik ərizələri necə aparıb gətirirlər. Heç nə öyrənmədik, təqribən 12 dəfə getdik, gördük ki, heç kim bizə diqqət yetirmir, bizə heç nə öyrətmirlər, heç nə tapşırmırlar və ona görə də getmədik” – Sevinc Hümbətova

Elməddin Məmmədov İlya Universitetinin Elm və İncəsənnət fakultəsinin tələbəsidir. O, bu layihə çərçivəsində Gənclər və İdman Nazirliyində təcrübə proqramı keçib. Onun bildirdiyinə görə, layihə 3 aylıq olsa da, o, bu proqramda sadəcə 10 gün iştirak edib.

“Üç ay ərzində cəmi bir neçə dəfə getdik, mən tək deyildim dörd nəfər nazirliyə gedirdik. Vaxta görə razılaşmışdıq ki, nə zaman nazirliyə gedəcəkdik. ancaq bizə koordinatorluq edən şəxs heç vaxt yerində olmurdu. Bu təcrübə proqramı çərçivəsində yalnız bir şey öyrəndim ki, bizim müəssisələr, nazirliklər çalışmır” – Elməddin Məmmədov.

Hər iki tələbə layihəyə nəzarətdə hansısa dəyişiklik olmasa, hər hansı nəticənin əldə olunacağına inanmırlar.
Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri aparatında Mülki İnteqrasiya İdarəçiliyinin rəhbəri Eliso Lomidzenin sözlərinə görə, onlar bu günə kimi təcrübə proqramının birinci mərhələsinin iştirakçıları ilə aktiv ünsiyyətdədirlər.

“Onlara yazılı formaları doldurmağı göstərdik, onların dəyərləndirmələrini, təsəvvürlərini, tövsiyələrini müəyyənləşdirməyə çalışdıq ki, gələcəkdə nəzərə alaq. Təcrübə keçənlərin rəhbərləri ilə ünsiyyətdə olduq. İkinci mərhələdən sonra bizim təcrübə proqramının müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsini planlaşdırırq. Bunun əsasında da proqramı təkmilləşdirəcəyik” – Eliso Lomidze.

Eliso Lomidze eləcə də deyir ki, tələbələrin təcrübədən narazı olması kimi fərdi hallar adi məqamdır. Ümumi yekunda isə onun fikrincə proqram uğurlu olaraq həyata keçirilib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register