Bələdiyyə məclisinin üzvləri bələdiyyə saytında tapılmır
Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsi hələ də tam hazır deyil. Vətəndaş sayta daxil olan halda merin əlaqə məlumatı və onun müavininin telefon nömrəsi kimi məlumatlar ala bilməz. Saytda qeyri-kommersial hüquqi təşkilatlar və məhdud imkanlı cəmiyyətlər haqqında məlumat tapmaq olmur və eləcə də bələdiyyə məclisi üzvlərinin siyahısını görə bilməzsiniz.
Sayt artıq bir ildən çoxdur ki, bu vəziyyətdə çalışır. Marneuli bələdiyyəsinin analiz və ictimaiyyətlə əlaqələr şöbəsinin o vaxtkı rəhbəri, Tinatin Maşaneişvili bizimlə söhbəti zamanı qeyd etmişdi ki, saytın bərpas prosesi hələ 2016-cı ildə başlayıb.
Marneuli bələdiyyəsinin meriyasının piar və məlumat şöbəsinin rəhbəri Mariam Xaçidze bizimlə söhbət zamanı deyir ki, bu dəfə saytda göstəricilərin olmaması bələdiyyədə struktur dəyişiklikləri ilə əlaqədardır.
“Biz mərhələli şəkildə məlumatları yeniləyirik. Lazım olan vaxtda məlumat yerləşdirilməlidir. İndidə mən və əməkdaşlarımız müxtəlif şöbə nümayəndələrinin məlumatı üzərində çalışırıq. MMC-lə bağlı dəyişikliklər olur, bəzən rəhbərlər yenilənir və bu günlərdə bununla bağlı dəyişikliklərə görə məlumat yerləşdirilməyib. Yaxın günlərdə bu məsələ də öz həllini tapacaq” – Mariam Xaçidze dedi.
Meriyanın piar və məlumat şöbəsinin rəhbərinin dediyinə görə, saytda yenilənmiş məlumat yerləşdirmək üçün o indi də çalışır. Ancaq saytda niyə bələdiyyə məclisi üzvlərinin siyahısı yoxdur, bunu aydınlaşdırmaq üçün bizi bələdiyyənin aparatına istiqamətləndirdilər.
Marneuli bələdiyyəsinin aparatı rəhbəri Nino Beridzenin dediyinə görə, bələdiyyə piar mütəxəssisi qəbul edəcək və şəxsi facebook səhifələrini yaratmağı planlaşdırırlar. Orada bələdiyyə məclisinin fəaliyyəti haqqında məlumatlar yerləşdiriləcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments