Tiflis şəhərində Mirzə Fətəli Axundovun vəfatının 140-iliyinə həsr olunmuş xatirə gecəsi keçirildi

mirze1

15 mart tarixində Tiflis şəhərində yerləşən “Qafqaz Evi”-də böyük Azərbaycan yazıçısı və ictimai xadimi Mirzə Fətəli Axundovun vəfatının 140-iliyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Xatirə gecəsini “Qafqaz evi”-nin “Mədəniyyət təqvimi” layihəsi çərçivəsində baş tutdu. Görüşün moderatoru, şərqşünas, alim və şair Qiorqi Lobjanidze oldu. Tədbirdə məruzəçi isə gənc tərcüməçi Oqtay Kazımov idi. O, Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından söhbət açdı.

Kazımov onu da bildirdi ki, Mirzə Fətəli Axundov şeirlərini ərəb və fars dillərində də yazmışdır.

Həmçinin Mirzə Fətəli Axundovdan sonrakı dövrə də nəzər yetirildi. Onun əsərlərindən, tənqidi fikirlərindən kimlər bəhrələnib, bu mövzular haqında  söhbət açıldı.

Tərcüməçi Emin Mahmudovda tədbirdə çıxış etdi. O, Axundova gürcü şairlərinin  həsr etdiyi şeirlərdən bəs etdi.

Tədbir Azərbaycan və Gürcü dillərində  keçirildi.  Görüşdə Azərbaycan , Gürcüstan ictimai xadimləri, gənclər və maraqlanan şəxslər iştirak etdilər.

mirze

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register