“Nacionalizm”in artması stabilliyin pozulmasına səbəb ola bilər”- Yan Keli etnik azlıqların inteqrasiyası haqqında

USA Ian Keli

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Yan Keli 33 illik diplomatik karerasını başa vurur. Mart ayının sonunda o, Gürcüstandakı 3 illik səfirlik müddətini də bitirəcək. Sonra Çikakoda Norsveston universitetində leksiya kursu keçəcək. Yan Keli Gürcüstandakı üç illik fəaliyyətini dəyərləndirib. Bunun çərçivəsində səfir canlı facebook videosu  yazıb və regional medianın və vətəndaşların suallarını cavablandırıb. “Marneuli” Radiosunun ünvanladığı – Necə düşünürsünüz, etnik azlıqların inteqrasiyası üçün Gürcüstan yetərli dərəcədə işlər görürmü?,  Sualına səfir belə cavab verib:

“Qeyd etmək istəyirəm ki, bu məsələ demokratiyanın hər bir halında çətindir və Amerika Birləşmiş Ştatlarının da qeyd olunan məsələ ilə bağlı çətinlikləri var idi. Bu etnik azlıqlarla münasibətə, onların inteqrasiyasına aid idi. Dil maneəsi və eləcə də müxtəlif çətinliklər, leqal və qeyri-leqal emiqrantlarla bağlı bu problemlər mövcud idi. Mən deyərdim ki, bu istiqamətdə iki məsələ olduqca vacibdir, birinci bu siyasi icazədir ki, ölkə daha inklüziv və açıq olsun, ikinci isə resursdur ki, bu təşəbbüs dəstəklənsin.

Mən ABŞ-da 60-cı illərdə böyümüşəm və buna görə mən yaxşı başa düşürəm ki, azlıqların siyasi həyatdan uzaqlaşdırılması nə dərəcədə təhlükəli ola bilər. Ona görə də harada imkanım olub, Gürcüstan hökuməti ilə söhbət zamanı və ya başqa yerdə həmişə bu məsələni diqqətə yetirmişəm.

Bu suala qısa cavab olardı ki, bəli əlbəttə ki, bu istiqamətdə  daha çoxunu edə bilər, ancaq mən görürəm siyasi icazə var ki, Gürcüstan azlıqlara qarşı daha inklüziv və açıq olsun. Amma əsas çətinlik və problem bu istiqamətdə resursların azlığıdır. Məhz buna görə də biz birlikdə bu regionlarda da bir çox proqram həyata keçirdik. Bizim proqramlarla bağlı bir neçə  misal çəkəcəm. Məsələn, Gürcüstanda Sandiego Universiteti yarandı və  etnologiya, elmi və riyazi istiqamətdə tədrisi təmin edir. Biz onda kəşf etdik ki, etnik azlıqların məskunlaşdığı regionlardan uşaqların müəyyən qədər dil maneəsi var və müvafiq olaraq onlara dil tədrisinə yardım etmək üçün ayrı proqram yaratdıq.

Bundan əlavə, ABŞ səfirliyinin ailədə az təminatlı olan gənclər üçün təqaüd proqramı var. Bildiyimə görə onların əksəriyyəti azərbaycanlı gənclərdir.

Ancaq həqiqətən də xoşagəlməz olanlar müşhidə etdikdə görürük ki, son dövr ərzində bu ABŞ-a və Avropaya da aiddir. Bu “nasionalizm”in artmasıdır və əlbəttə ki, bu potensial olaraq çox təhlükəli istiqmaətdir. Eyni zamanda bu stabilliyi pozmağa da səbəb ola bilər. Eləcə də qanun icrasına və qaydalara mənfi təsiri ola bilər, çünki çox etnikliklə seçilən ölkələrdə, həmin şəxslər əksər hallarda cəhd göstərirlər ki, özləri qanunu icra etsinlər. Bu məsələ haqqında biz tez-tez danışırıq və Gürcüstan hökumətinə öz fikirlərimizi bildirmişik”, – Yan Keli.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register