3 saylı məktəbdə Novruz bayramı qeyd etmək qadağan olunub yoxsa təxirə salınıb? – şagirdlərdə sual yaranıb

mektebli

Marneulinin 3 saylı ictimai məktəbində şagirdlərə Novruz bayramına həsr edilmiş tədbir keçirmək qadağan edilib. Məktəb şagirdlərinin bizimlə söhbət zamanı bildirdiyinə görə, tədbir keçirilənə qədər məktəb direktoru da rəhbərlik də bilirmiş ki, martın 19-da saat 12-də tədbir baş tutacaq. Amma son məqamda məktəb direktoru şagirdlərin sinifinə daxil olub və bildirib ki, dərs prosesi zamanı şagirdlərə konsert keçirmək olmaz. Şagirdlərdən biri konsertdə iştirak etməli imiş və o, bizimlə söhbət zamanı bildirdi ki, direktorun bəyənatından sonra etiraz olaraq məktəbdən gedib və sonradan ona bildiriblər ki, tədbiri məktəbin həyətində deyil binada keçirməyə qərar veriblər.

Məktəbin müəllimlərindən biri təstiq edir ki, məktəb direktoru tədbirin ixtisara düşməsi haqqında bəyənat verərkən saat 12 -də artıq xüsusi forma geyiniblərmiş və Novruz bayram üçün simvolik olaraq tonqal yandırmağı da planlaşdırıblarmış. Ancaq tədbirin  keçirilməməsinin  səbəbi məktəb şagirdləri və müəllimlərinə məlum deyil. Dəqiq məlumat olmadığına görə, məktəb şagirdləri direktorun hərəkətini Novruz bayramına həsr olunmuş tədbirin qadağan edilməsi kimi qəbul ediblər. Şagirdlər arasında məlumat da yayılıb ki, bu qərarı Təhsil Nazirliyi verib, Marneuli Radiosuna isə Təhsil nazirliyindən bildiriblər ki, milli azlıqlar üçün vacib olan bayrama həsr olunmuş, planlaşdırılmış tədbirlərin qadağan edilməsi nazirlikdən olmur.

Marneuli resurs-mərkəzinin rəhbəri Kənan Ömərov deyir ki, tədris prosesi zamanı hər hansı tədbirin keçirilməsi yolverilməzdir və buna görə də qeyd olunan tədbirin keçirilməsi yarım saatlığına ixtisara düşüb. Tədbirin keçirilməsini təsdiqləmək üçün Ömərov deyir ki, konserti təsvir edən şəkillər də var və bizimlə söhbət zamanı direktor onları göstərirdi. Novruz bayramı Marneuli məktəblərində illər ərzində keçirilb. Tədbirin keçirilməsinə görə isə oxşar problem heç vaxt olmayıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register