Birinci Kosalı kəndində zibil təpələrində mal-qara otlayır
Kosalı kəndinə daxil olanda ilk gördüyüm kəndin mərkəzi kimi qəbul olunan yerdə nərd oynayan ağsaqqallar idi. Onlardan kəndin problemləri haqqında soruşduqda ilk bildirdikləri məişət tulantıları problemi oldu. Onlardan biri, bizə kəndin müəyyən yerlərində toplanmış məişət tulantılarını göstərmək istəyini bildirdi. Kəndin mərkəzində 40-50 metr aralı evlərin yaxınlığında yerləşən tulantılarla dolu dərəyə yaxınlaşdıqca artıq xoşa gəlməz iyi hiss edirsiz.
Dərə boyu tökülmüş və üst-üstə yığılmış tulantılar artıq təpələr yaradıb. Əhali məişət tulantıları üçün qutular olmadığından, tulantıları hətta heyvan cəsədlərinidə dərədən aşağı tullayırlar. Bu vəziyyəti kəndin bir neçə yerində müşahidə etmək olar.
Kənd sakinlərinin dediyinə görə yalnız seçki vaxtı kəndə gələn olur, digər vaxtlarda onların problemləri ilə maraqlanan yoxdu.
Bu anti-sanitar vəziyyət heyvandarlıqla məşqul olan kənd sakinlərinə də zərər vurur belə ki, onların bildirdiyinə görə, kiçik buynuzlu eləcə də böyük buynuzlu heyvanlar bu yığılmış məişət tulantıları ilə qidalanırlar və bu onların tələfinə gətirib çıxarır.
“Təmiz Marneuli”nin rəhbəri Leri Mumladze bizimlə söhbəti zamanı deyir ki, onun merlə artıq görüşü olub və yol kənarında olan zibilliklər haqqında danışıblar.
“Zibillik yalnız orada deyil bir çox ərazilərdə maşınlar xidmət etmirdilər. Bayramdan sonra düşünürük ki, mərkəzi yolun kənarında bir çox yerlər təmizlənəcək”.
Leri Mumladzenin sözlərinə görə, Novruz bayramından sonra güman ki, Lejbəddin-Kürtlərin ətraf əraziləri, mərkəzi yolda, Qırmızı körpü, Sadaxlı və Qırxlının ətraf əraziləri təmizlənəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments