Gürcüstan Azərbaycanlıları Konqresində Novruz bayramı keçirildi
Bu gün, 19 mart tarixində Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirildi. Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Marneuli rayonunun iki kəndindən dəvət olunmuş müəllimlər və məktəb şagirdləri iştirak edirdilər.
Tədbir zamanı Kürtlər və Baydar orta məktəbinin şagirdləri maraqlı şeirlər, rəqslər, səhnəciklər təqdim etdilər.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov Novruz bayramı münasibəti ilə dünya Azərbaycanlılarını təbrik etdi.
Kürtlər və Baydar məktəblərinin müəllimləridə öz növbələrində təşkilatçıları və Azərbaycanlıları təbrik etdilər.
Xatırladaq ki, Novruz bayramı 21 martda qeyd olunur.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments