MSK-nın göstəricilərinə görə Vladimer Putin Prezident seçkilərində 76%-dən çox səs toplayıb
Vladimer Putin Rusiya Federasiyasının Prezidenti olaraq qalır. Ölkənin seçki komissiyasının məlumatına görə bülütenlərin 99%-nin nəticəsinə əsasən o, səslərin 76,65%-ni toplayıb.
Putin Moskvada Qırmızı körpüdə toplanan dəstəkçilərinə müraciət edib və onlara təşəkkür bildirib.
“Mən ümid və etibar görürəm. Çox sağ olun ki, belə güclü çox milyon komandayıq. Bizi uğur gözləyir”- deyə o, bildirib.
İkinci yerdə “Kommunist partiyası”nın namizədi Pavel Qrudinindir. Üçüncü yeri isə Vladimer Jirinovski tutub. Seçicilərin aktivliyi 67%-i təşkil edib.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments