Tiflis avtobuslarının 56%-i 2017-ci ildə texniki baxışdan keçə bilməyib

texniki-baxis-masin-liderxeber-6401

Audit xidmətinin məlumatına görə, Tiflisdə hərəkət edən avtobusların 56%-i 2017-ci ildə davamlı texniki baxışdan keçə bilməyib.

Audit xidmətinin 2015-ci ildən 2017-ci ilə qədər olan  hesabatına görə, 2017-ci ildə Tiflisdə olan 816 avtobusdan 143 Mani şirkətinə məxsus deyil. Qalan 673 avtobusdan 456 avtobus texniki baxışdan keçməyib.

Auditin məlumatına görə, avtobusların əksəriyyəti idarəolunmazdır və onlar müasir standartlara uyğun yoxlanışdan keçə bilməyiblər. Bu isə avtomobillərin tüstü sisteminin qaydasında olmamasına görədir.

“Belə avtobusların ekspluatasiyası Gürcüstan qanunvericiliyi ilə yolverilməzdir”, – bildirib audit xidməti.

Məlumata görə, avtobusların orta yaşı 12 ildən çoxdur. Yol infrastrukturu və xidmət azlığı onların xarab olmasına səbəb olub. Ancaq nəqliyyat şirkəti avtobusları yenə də xəttə buraxır.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register