2017-ci ildə Gürcüstanda 8 339 nəfər soyadını dəyişdirib
2017-ci ildə Gürcüstanda 8339 nəfər soyadını dəyişdirib. Daha konkret desək, Ədliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə birbaşa qohumluq soyadını 1977 kişi və 5467 qadın, 418 kişi və 477 qadın isə həyat yoldaşının soyadını götürüb.
2016-ci ildə isə birbaşa qohumluq soyadını 1678 kişi və 5497 qadın götürüb. Həmin il 398 kişi və 464 qadın həyat yoldaşının soyadını qəbul edib.
2016-cı ildə 58 nəfər ad və ya soyadını iki dəfə dəyişib, bir nəfər isə 3 dəfə. 2017-ci ildə 59 nəfər ad və ya soyadını iki dəfə, 1 nəfər isə 4 dəfə dəyişib.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments