Novruz bayramını təbrik etmək üçün Vaşadze Marneuliyə qonaq gəldi

vasadze4

Bu gün, 20 mart tarixində “Yeni Gürcüstan” partiyasının sədri Giorgi Vaşadze öz nümayəndə heyətləri ilə birlikdə Marneuliyə qonaq gələrək sakinləri Novruz bayramı münasibəti ilə təbrik etdi.

vasadze

Partiya sədri Barataşvili küçəsinə gedərək sakinlərlə görüşdü, onların problemlərini dinləyərək həlli üçün əlindən gələn dəstəyi göstərəcəyinə söz verdi.

vasadze2

Vaşadze onu da bildirdi ki, bu gün Marneuliyə öz azərbaycanlı həmvətənlərini bayram münasibəti ilə təbrik etmək üçün gəlib.

“Bu gün gəldik ki, azərbaycanlı həmvətənlərimizi bayram münasibətilə təbrik edək. Bu çox mühüm bayramdır və Gürcüstanda çoxdinli dövlət kimi bütün dinlərə mənsub insanların mədəniyyətinə, bayramlarına hörmətlə yanaşılmalıdır. Buna görə də gəldik ki həmvətənlərimizin bayramlarını təbrik edək. Tezliklə xristianların Pasxa bayramı da yaxınlaşır. Fikrimcə gürcüstanın gücü də məhz bundadır. Bir-birimizə dəyər veririk, bir-birimizə hörmət edirik” – deyə Vaşadze bildirdi.

vasadze1

Həmçinin Vaşadze Novruz bayramı atributlarından olan tonqala od vurdu, yumurta döyüşdürərək, süfrə arxasında sakinlərlə söhbət etdi. Görüş iştirakçıları Vaşadzeyə bayram haqqında geniş məlumat verdilər.

vasadze5

“Yeni Gürcüstan” partiyasının Marneuli üzrə nümayyəndəsi Fuad Qəhramanovda Marneuli Radiosu vasitəsi ilə öz həmvətənlərini təbrik etdi.

vasadze3

Xatırladaq ki, Novruz bayramı 21 mart tarixində qeyd olunur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register