Məktəbdə Novruz bayramı üçün şagirdlər rəngli kağızlardan hazırlanmış geyimlərlə dəfilə keçirdilər

2 n mekteb5

Bu gün 20 mart tarixində Marneuli şəhər 2 saylı ictimai məktəbində Novruz bayramı ilə əlaqədar olaraq bayram tədbiri keçirilib.

2 n mekteb3

Məktəbin həyəti bayram əhval-ruhiyyəsində bəzədilmişdi.  Tədbirdə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, parlament üzvləri Tamaz Naveriani, Ruslan Hacıyev və Resus Mərkəzinin rəhbəri Kənan Ömərov da iştirak edirdilər.

2 n mekteb2

Onların hər biri çıxış edərək bayram tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdilər.

2 n mekteb1

“Novruz bayramınızı təbrik edirəm. Can sağlığı, həyatda uğurlar arzulayıram. Arzu edirəm ki, rayonumuz həmişə təhsilə istiqamətlənmiş olsun. Və biz hər zaman sizin yanınızda olacağıq. Əziz şagirdlər və müəllimlər, bu gözəl tədbir üçün sizə təşəkkür edirəm” – deyə Tamaz bildirdi.

2 n mekteb

Bayram tədbiri şagirdlərin hazırladıqları milli rəqslər və musiqilərlə davam etdi. Onların hazırladığı kiçik dəfilə isə iştirak edənlər tərəfindən xüsusi maraqla qarşılandı.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register