Marneuli Novruz bayramında diplomatik korpusun nümayəndələrinə və hökumət üzvlərinə ev sahibliyi etdi
Bu gün, 21 mart tarixində Marneulidə Novruz bayramına həsr olunmuş tədbir baş tutdu. Tədbirdə mərkəzi hakimiyyət nümayəndələri iştirak edirdilər və onlar sakinləri təbrik etdilər.
Kvemo Kartlinin dövlət müvəkkili Qriqol Nemsadze iştirakçılara Gürcüstan Prezidentinin və Baş-Nazirin məktublarını oxudu və qeyd etdi ki, onların gəlmək istəyinə baxmayaraq Arçil Tatunaşvilinin ölümünə görə alınmayıb.
Arçil Tatunaşvilinin cəsədini gürcü tərəfinə 26 gün gözləntidən sonra veriblər.
Bugünkü günlə bağlı Marneulinin meri Temur Abazov da iştirakçıları təbrik etdi.
Barış və Vətəndaş məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkədə hər bir vətəndaşın onun etnik mənşəyinə, dini baxışına baxmayaraq hüququnun qorunmasını vacib dəyərləndirdi.
“Biz dövlət olaraq hər şey edəcəyik ki, vətəndaşlar etnik və dini mənşəyindən asılı olmayaraq mühafizədə yaşasınlar. Hətta insan hüquqlarının kobud şəkildə pozulduğu yerlərdə də buna çalışacağıq” – deyə Ketevan Tsixelaşvili bildirdi.
Tədbirdə Gürcüstan parlamentinin Marneulili deputatlarıda iştirak edirdilər. Millət vəkili Ruslan Hacıyevdə Novruz bayramı münasibəti ilə təbrik etdi.
Azərbaycan respublikasının Gürcüstandakı səfri Dursun Həsənov və Türkiyə respublikasının Gürcüstandakı səfri Fatma Yazqanda Marneuliyə qonaq gələrək sakinləri bayram münasibəti ilə təbrik etdilər.
Marneuli sakinləri də öz nöbələrində Novruz bayramı münasibəti ilə təbrik etdilər.
Novruz bayramına həsr olunmuş tədbirdə qonaqlar xüsusən bu gün üçün mərkəzi küçədə qurulmuş pavilyonları, etnik güşələri, rəsm sərgilərini nəzərdən keçirdilər. Həmçinin, qonaqlar ənənəvi şirniyyat süfrəsinə də baxdılar və idman yarışlarını izlədilər. Tədbirin yekun hissəsi konsert proqramına həsr olundu və konsertdə yerli və dəvət olunmuş qonaqlar iştirak etdilər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments