Baş-Nazir – “Həmişə Novruz bayramını sizinlə bərabər qeyd edirəm, ancaq indi ağır məqamlarımızdır”

Kvirikashvili

Gürcüstanın Baş-Naziri Giorgi Kvirikaşvili azərbaycanlı vətəndaşların Novruz bayramını təbrik edir. Hökumət administrasiyasından bildirilən məlumata görə, hökumət nümayəndəsinin təbrikini bu gün Marneuliyə Kvemo Kartli qubernatoru Qriqol Nemsadze çatdırıb.

“Mənim qardaşlarım, əziz azərbaycanlılar! Novruz bayramınızı mübarək! Bu gözəl bayramı – yeni ilin qədəm qoyması, yazın, yeniliyin, həyat və sevginin günü münasibətilə sizi təbrik edirəm!

Sizin şənliyinizə qoşuluram, səmimi qəlblə sizin sevincinizə şərikəm.

Biz bir ölkənin övladlarıyıq. Bizim əcdadlarımız birgə yaşayırdılar, çiyin-çiyinə çalışırdılar, Gürcüstana xidmət göstərirdilər, həmişə çətinlikdə bir-birinə dəstək olurdular. Biz də beləyik və bu ənənəni bizim övladlarımız davam etdirəcək.

Biz hər şey edirik ki, ölkədə bizim vətəndaşlar üçün, hər birinizin imkanlarınızı realizə etməsi və ictimai həyata daha çox qoşulması üçün  hər bir şərait olsun

Mən sizin tarixi vətəninizlə əlaqənizi itirməməyinizi alqışlayıram. Azərbaycan Gürcüstana sadiq dost ölkə və strateji tərəfdaşımızdır. Bilirəm ki, buzu sizin üçün çox dəyərlidir.

Biz birgə öz ölkəmizin gələcəyini qururuq və mütləq birgə bütöv, güclü Gürcüstanda yaşayacağıq.

Mən həmişə olduğu kimi, bu gün də sizinlə birgə Novruz bayramını qeyd edərdim. Ancaq indi ağır dəqiqələr yaşayırıq. Bizim soydaşımızın ölümünə  hörmət etməliyik ona görə də təəssüf ki, fiziki olaraq yanınızda deyiləm.

Bir daha sizi Novruz bayramı münasibətilə təbrik edirəm!

Sizə sülh, xoşbəxtlik, sevinc arzulayıram”, – deyilir Baş-nazirin təbrik bəyənatında.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register