Prezident – “Bu gün mən sizinlə deyiləm, amma sizin yanınızda dayanıram, ancaq bugünkü şənliklə yanaşı bizim soyadışımızın kədəri də var”

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili müəslmanları Novruz bayramı münasibətilə təbrik edib. Giorgi Marqvelaşvilinin təbrikini Marneuliyə, bayram tədbiri başlayanda yerli əhaliyə Kvemo Kartli qubernatoru Qriqol Nemsadze çatdırıb.
“Novruz bayramınız mübarək! Yazın, yeni doğuşun, ümid və sevginin bayramını təbrik edirəm. Biz – Gürcüstan vətəndaşları birgə ölkəmizi genişləndirəcək dövlət yaradırıq. Əmək və əməksevərlik – bu məhz azərbaycan xalqını gözəlləşdirən zənginlikdir və başqa millətlər üçün nümunədir. Tam olaraq qürur duya bilərsiniz ki, bir ölkə qurmaqda, sizin əməyinizn qatqısı böyükdür.
Bu gün mən sizinlə birlikdə deyiləm, amma sizin yanınızda dayanıram, bugünkü şənliklə yanaşı matəmimiz də var. Bizim soydaşımız Arçil Tatunaşvilinin həlak olmasına görə matəmdəyik və onun cəsədini dünən dəfn ediblər.
Bilirəm ki, belə çiyin-çiyinə duraraq güclü və azad Gürcüstan quracağıq! Bir daha sizi təbrik edirəm və ölkəmizin firvanlığı üçün uğurlar arzulayıram! ”, – deyilir prezidentin təbrik bəyənatında.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments