Novruz bayramının mədəni tədbirlərinin təşkil edilməsi xidməti meriaya 11 999 lariyə başa gəlib

tender

Marneuli meriyası Novruz bayramının mədəni tədbirlərinin təşkil edilməsi üçün tender elan etmişdi. Tenderin başlanğıc dəyəri 19 228.00 Gel.

Tenderdə dörd iştirakçı var idi.

მონაწილეები

Tenderin şərtlərindən dolayı qalib olan görsənmir, ancaq sənədlərdə görünür ki, tenderdə fərdi istehsalşı Laşa Kvaratsxelia qalib gəlib. Onun tərəfindən verilən məbləğ 11 999 larini təşkil edib.

Konsert 21 mart tarixində keçirildi. Konsertdə yerli ansambllar, musiqi qrupları, “Forte” ansamblı və Azərbaycandan gəlmiş Azərbaycanın xalq artisti Aygün Kazımova iştirak edirdi. Qonşu ölkədən gəlmiş müğənninin honorarı tenderə daxildir ya yox bu məlum deyil.

Bundan əlavə Novruz bayramının qeyd olunması üçün azərbaycan və gürcü guşələrindən ibarət pavilyonlar quruldu, idman yarışları və yerli rəssamların, əl işlərinin müəlliflərinin sərgisi təşkil olunmuşdu.


Tenderin tələblərinə əsasən qalib gələn fərdi istehsalçı sonrakı tələbləri qane etməli idi:

  • Səhnə 10*8m. ölçüdə, örtük zavod istehsalı, konsert ləvazimatlarının hündürlüyü yerdən 5-6 m. Podiumun hündürlüyü – 1,5m. Onun örtülməsi hər növ xoreoqrafik və konsert normaları üçün nəzərdə tutulmuş olmalı idi.
  • Səhnəyə çıxan pillələrin sayı və ölçüsü alıcı ilə razılaşılır.
  • Xətt qurğusunun, tanınmış brend LİNE ARRAY SYSTEM, yüksək və orta keyfiyyətli dinamiklərin sayı – 8. Səhnə monitorları – 4, peşəkar səsləndirmə rejossoru – 1.
  • Peşəkar partikabellər, televiziya və mətbuat üçün (1m.hündürlükdə) 20 kv.m, 2 ədəd  çıxılan pillə ilə. 
  • Səhnənin işıqlandırılması, 2 ədəd WIND UP tipli ştativə 4 kv.m gücündə. Ağ işıq qurğusu (ARRİ oxşar).
  • Enerji təminatı – lazımi cərəyanlı istifadə olunmamış dizel-generator, elektro distrübisiya, kommunikasiya, yanacaq (10 st) kabel-kanallar, lazım gələn halda. 
  • Səhnəni örtmək üçün çap olunmuş ləvazimatlar – 60 kv.m. (Dizayn alıcı ilə razılaşılır).
  • Bayırda istifadə üçün rəngli üçbucaq bayraqlar (kəndirə bağlı) bayrağın ölçüsü 30*20 sm. Bayraqlar arasında məsafə 20 sm. Material – “Milipa” və ya ona oxşar (rənglər alıcı ilə razılaşılır).
  • Uşaqlar üçün atraksion (Disneyin qəhrəmanları) say – 1. Ölçülər 13*6*7m.
  • Konsertin aparıcılarının sayı – 2 (bəy-azərbaycan və gürcü dilini tam bilən. Xanım – hansısa dövlət teatrının aparıcı aktyoru, tamaşalardan əlavə filmlərdə, seriallarda və reklamlarda çəkilmiş olmalıdır. Analoji tədbirlərin aparıcılıq təcrübəsi olmalıdır).
  • Musiqi kollektivi (ən az 4 müğənni – 3 xanım və bir bəy) 20 dəqiqəlik proqram azərbaycan və gürcü musiqiləri ilə yüklənməlidir. Ansamblın ən az 15 illik səhnəyə çıxma təcrübəsi olmalıdır.
  • Fərdi icraçının sayı – 3 (azərbaycan millətindən 2 oğlan, onlardan biri rep oxumalı, ikincisi azərbaycan estradasından 2 musiqi və bir azərbaycanlı qız, estrada janrında repertuarla, gürcü, azərbaycan və dünya hitlərini ifa etməlidir).
  • Janqlyorların sayı – 2. Qadın və kişi, rəngarəng əyləncəli, 1 saatlıq proqramla (Yürüşdə iştirak etməli daha sonra, 40 dəqiqəlik sirk-göstəiş nömrələri təqdim eməlidirlər. Oxşar növ tədbirlərdə iştirak etməkdə ən az 3 illik təcrübələri olmalıdır).
  • Personaj sayı – 4 (Kosa və keçəl personajı, uyğun kostyumla və eləcə də rəngli kostyumlarda geyinmiş 2 təlxək. Qeyd olunan aktyorlar yürüşdə iştirak etməlidirlər, sonra isə 40 dəqiqəlik rəngarəng əyləncəli proqramda iştirak etməlidirlər).
  • Dramçıların şousu – say 8 ( Kostyumla, müvafiq infrastrukturlar dram-şou. Onlar yürüşdə iştirak etməli və daha sonra isə 20 dəqiqəlik janqlyorlarla birgə performans təqdim etməlidirlər).

Laşa Kvaratsxelia reyestrin göstəricilərinə əsasən 2015-ci ildə fərdi istehsalçı olaraq qeydiyyatdan keçib.

Tenderlərin monitorinq saytına əsasən o, tenderlərin 25% faizində qalib gəlib, 58%-də isə məğlub olub.

მონიტტორინგი

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register