Novruz bayramının təbriki zamanı Ketevan Tsixelaşvili işğal olunan ərazilərdə yaşamın və hüquqların qorunmaması haqqında danışıb

tsixelashvili

Bu gün Marneulidə Novruz bayramı qeyd olundu. Konsert gedən zaman Marneuli sakinlərinə müxtəlif müəssisələrin nazirləri müraciət etdilər. Barış və Vətəndaş məsələləri üzrə dövlət aparatı naziri Ketevan Tsixelaşvili ölkədə hər bir vətəndaşın etnik və dini mənşəyinə baxmayaraq hüququnun qorunmasını vacib olaraq dəyərləndirib.

“Bilirəm ki, bu bir növ ailə bayramıdır və bu gün bütün Gürcüstan bir ailə olaraq, bizim dini və ya etnik mənşəyimizə baxmayaraq bu bayramı bölüşürük. Bilirəm ki, bizi bir çox şeylər birləşdirir. Biz bir ölkənin övladlarıyıq və ilk növbədə sülhün olması bizi birləşdirir. Ölkəmizdə firavanlıq olsun, çünki bu hər bir ailənin firavanlığı deməkdir və tezliklə ağır vəziyyətlər bitsin. Bizim ölkənin bir hissəsində, bizim kontrolumuz olmayan yerlərdə insanların, ailələrin hüquqları kobud şəkildə pozulur. Yaşam və təhlükəsizlik təmin olunmayıb. Bu gün buraya Baş-Nazir gələ bilmədi, çünki onun böyük istəyinə baxmayaraq hamımız yaxşı bilirik ki, xüsusən vacib fakt baş verib. Dünə bizim soydaşımızın cəsədi dəfn olundu. Mən sizi gərginləşdirmək istəmirəm, amma vəd verir və demək istəyirəm ki, bizim dövlət sizinlə birgə hər şeyi edəcək ki, bu ölkədə bizim hər vətəndaşımız dini və etnik mənşəyindən asılı olmayaraq, məftillərin o tərəfində və ya bu tərəfində yaşayanların hamısı qürurlu, mühafizədə, bərabər olsunlar. Azad, sakit,  yaşaya bilsinlər, inkişaf etsinlər”, – bildirib Ketevan Tsixelaşvili.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register