Milli Bank 10 lari nominalının gümüş kolleksiya sikkəsini buraxacaq

Milli Bank Gürcüstanın müstəqillik günü ilə bağlı 10 larinin nominalının 1500 gümüş kolleksiya sikkəsini buraxacaq.
Səthində 1918-1921-ci illərdə Gürcüstan Demokratik Respublikasının dövlət simvolları – bayraq və gerb təsvir olunacaq. Sikkədə yazılar olacaq: “26 may”, “1918”, “Gürcüstan Demokratik Respublikası” və “10”.
Digər üzündə Gürcüstanın qüvvədə olan dövlət simvolları mövzusu təsvir olunacaq. Əsas kompozisiya dalğalanan bayraq və Gürcüstan dövlət gerbidir. Sikkədə yazılar olacaq: “Gürcüstan”, “10 lari”, “2018” və “GEORGİA”.
Dizaynın müəllifi Mamuka Qonqadzedir. Sikkənin realizəsi car ilin 15 mayından başlayacaq və onu Milli Bankın Mərkəzindən və Ğvareli pul muzeyindən əldə etmək mümkün olacaq. Həmçinin Milli Bankın veb-səhifəsində yerləşdirilən online mağazadan da almaq olacaq. Sikkənin realizə qiyməti 100 lari olacaq.
Mənbə: on.ge
Amil Məmmədov2286 Posts
0 Comments