“Siti Park”ın 120 nəfər əməkdaşı Tiflis Nəqliyyat Şirkətində işlə təmin olunacaq
“Siti Park” şirkətinin 120 nəfər əməkdaşı Tiflis Nəqliyyat Şirkətində işlə təmin olunacaq. Bu haqda Tiflisin meri Kaxa Kaladze paytaxtın hökumət iclasında bildirib.
“Siti Park” şirkətinin əməkdaşlarının taleyi məsələsinə toxunmaq istəyirəm. Tiflis Nəqliyyat Şirkətinin rəhbəri, Mamuka Kobaxidzeyə demək istəyirəm ki, Siti Parkda çalışan həmin 120 nəfər əməkdaş işə qəbul olunsun. Onlar əsasən müfəttişlərdir və zərər çəkməməlidirlər. Onların təcrübəsi park etmə sistemi üçün əvəzolunmazdır.
Tiflis Nəqliyyat Şirkətinin rəhbəri, Mamuka Kobaxidzeyə tapşırıram ki, təcili olaraq lazımi ölçülər götürsün. Parkinq işarələrinin qurulması, texnoloji baxımda hansısa ehtiyac varsa həll etsinlər və 10 apreldən bunun üçün hər şey edilsin”, -bildirib Kaladze.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments