Gürcüstan Azərbaycanlı rəssamlarının “Palitra- İnteqrasiya” adlı rəsm sərgisi açıldı
22 mart tarixində saat 18:00-da Tiflis şəhəri Ədəbiyyat muzeyində “İnkişaf vəTəhsil Mərkəzi”, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət aparatının, eyni zamanda Marneuli və Qardabani bələdiyyələrinin dəstəyi ilə Gürcüstan azərbaycanlı rəssamlarının, “Palitra-İnteqrasiya” adlı sərgisi keçiriləcək. Sərgidə dörd rəssamın Əli Əliyev, Rizvan İsmayılov, Azər Musaoğlu və Rasim Həsənovun əl işləri təqdim olunacaq.
Sərgidə iştirak edən Rizvan İsmayılov “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, o sərgidə 14 rəsm əsəri ilə təmsil olunur.
Sərgidə iştirak edən rəssam Azər Musaoğlu qrafik üsulda rəsm əsərləri sərgiləyəcəyini bildirdi.
Rasim Həsənovda sərgidə altı əl işini təqdim edəcəyini bildirdi.
Sərgidə Gürcüstanın Mədəniyyət və İdman naziri Mixeil Qiorqadze, Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət aparatı naziri Ketevan Tsixelaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli qubernatoru Qriqol Nemsadze, Marneuli və Qardabani bələdiyyələrinin merləri, eləcə də digər dövlət nümayəndələri iştirak edəcəklər.
Sərgi 22 mart tarixində açılacaq və üç gün davam edəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments