Çinara deyilən niyyətlər (FOTO)
Qədim inanca görə Novruz bayramından sonra Marneuli sakinləri Candar kəndində yerləşən “Çinar” piri deyilən əraziyə gedərək niyyət edirlər.
Həmin ərazidə bu gün xüsusi sıxlıq müşahidə olunurdu.
Çinara gedən yolun sağ və sol tərəfində satıcılar dəzgahlar qurub, müxtəlif hədiyyəlik əşyalar satırdılar.
İnanca görə bu pirdən qayıdarkən əli boş qayıtmaq olmaz yəqin ki , bu səbəbdən hər dəzgahın qarşısında alıcı görmək mümkün idi.
Dahada irəliyə hərəkət etdikcə uşaqlar üçün qurulmuş əyləncə meydançalarını və oyuncaqlar satılan dəzgahlarıda görmək olardı.
Uzaqdan budaqları qırmızı lentlərlə bəzənmiş çinar ağacı aydın görünürdü.
Çinarın altına toplanmış insanlar bizə bu adət-ənənə haqqında danışdılar.
İnsanlar niyyət edərək satıcılardan lentlerı alıb ağacın budağına bağlayırdılar.
Niyyətləri qəbul olmuş insanlar isə xalq mahnılarının sədaları altında rəqs edirdilər.
Bizimlə yol yoldaşı olan xanım isə qurban olaraq xoruz gətirmişdi.
Onun bildirdiynə görə, oğlan övladı olurmurmuş niyyəti qəbul olub və bugün oğluyla birgə qurban olaraq xoruzu gətirib çinarın altında kəsirlər.
İnanca gorə insanlar niyyət edib , çinarın budağını qırıb özləri ilə aparırlar niyyətləri qəbul olduqdan sonra isə həmin budağı gətirib bu pirdə çinarın altında basdırmalıdırlar.
Çinarın altında müxtəlif yerlərdə tonqallar və şamlarda yandırılmışdı.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments