Telavi Bələdiyyəsində fiziki qarşıdurma baş verib
Telavinin Bələdiyyəsində mübahisə fiziki qarşıdurmaya səbəb olub. Milli Hərəkatın deputatı Badur Revazişvili və vətəndaş Giorgi Mosiaşvili bir-biri ilə fiziki mübahisə ediblər. Tərəflər arasında qarşıdurmaya patrul polisi müdaxilə edib. Hüquq mühafizəçiləri əhalini bələdiyyə iclasından çıxarıblar.
Telavi Bələdiyyəsi iclasında vəziyyət bir neçə saat bundan əvvəl gərginləşib. Bələdiyyə sədri polis çağırıb. İclasda Ruispiri və İğalto kəndlərinin əhalisi iştirak edirmiş. Yerlilər Bələdiyyənin gün qrafikinin dəyişdirilməsini və birinci məsələ olaraq satılmış otaracaqlar məsələsini təxirə salmaq tələb edirdilər.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments