Gürcüstanın elm və təhsil naziri Qardabaniyə səfər edib

tehsil nazir

 Yanvarın 22-də Gürcüstanın Elm və Təhsil Naziri Tamar Sanikidze azərbaycanlıların kompakt yaşadığı Qardabaniyə səfər edib.

Qardabanidə ümumtəhsil məktəblərin müəllimləri ilə nazirin görüşü keçirilib. Görüş zamanı Qardabanidəki azərbaycandilli məktəblərin müəllimləri nazirin diqqətinə məktəblərin vəziyyəti və problemləri haqqında fikir və təkliflərini çatdırıblar.

Gürcüstanın elm və təhsil naziri qarşısında əsasən rayonun azərbaycandilli Candar, Birlik, Vaxtanqisi ictimai məktəblərin problemləri  ilə bağlı məsələlər qaldırılıb. Görüşdə həmçinin Kosalı ictimai məktəbində idman və akt  zallarının olmadığı nazirin diqqətinə çatdırılıb. Eyni zamanda Qardabaninin azərbaycandilli Sarticala-Muğanlı məktəbinin təhsil və tədris üçün yaramadığı haqqında nazirə məlumat verilib.

T. Sanikidze çıxışında Gürcüstanda məktəblərin mərhələli şəkildə təmir olunacağını və yeni məktəblərin də tikiləcəyini qeyd edib. Tamar Sanikidze 2016-2019-c tədris illərində 10 bal toplayaraq sertifikat alan müəllimlərin növbəti imtahan mərhələsində baş müəllim statusuna sahib olacaqlarını bildirib. Onun sözlərinə görə, sertifikat alacaq milli azlıq nümayəndələri olan müəllimlər internet vasitəsi ilə öz ana dillərində imtahan verəcəklər.

Qardabanidə səfərdə olan elm və təhsil naziri Azərbaycan təhsil nazirliyindən azərbaycandilli məktəblərə dərslik və tədris vəsaitlərin gətirildiyini qeyd edib. O, yaxın günlərdə dərsliklərin siyahı üzrə məktəblərə paylanacağını bildirib. Görüşdə Tamar Sanikidze ilə birgə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, rayon rəhbərləri və digər rəsmi şəxslər iştirak edib.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register