6-dək kəndə suvarma mövsümü üçün suyun verilməsi bir neçə günə bərpa olunacaq

SAIMERLO1

Saimerlo kəndindəki suvarma kanalının bərpası işləri davam edir. Kanal uzun illərdi ki bərbad vəziyyətdə idi. Ərazidə antisanitar vəziyyət hökm sürürdü. Kanalda hər zaman məişət tullantıları gözə çarpırdı. Həmin yerlərdə kəskin üfunət iyi olurdu ki, bu da kənd sakinləri ilə bərabər kəndə gələnləri də narahat edirdi.

Saimerlo kəndindən keçən kanalın bərpasını Gürcüstan Meliorasiya idarəsi həyata keçirir. Bərpa işləri departamentinin rəhbəri Qiorqi Oniani bizimlə söhbətində qeyd etdi ki, kanalın uzunluğu 39 km-dir. Bunun bərpası isə mərhələli şəkildə həyata keçirilir. Təmizləmə işləri isə demək olar ki, tamamlanıb.

Saimerlo kəndində kanalın müəyyən hissəsinə beton tökülüb. Lakin bir neçə gün ərzində işlər dayandırılacaq.  Belə ki, kanal bir neçə kənddən keçir və həmin kəndlərin sakinlərini su ilə təmin edir.

“Arx tamamilə təmizlənib, lakin beton yalnız Saimerlo kəndi ərazisində təxminən 200 metrlik ərazidə düzəldilib. Daha 600 metr düzəldilməlidir. Lakin bu qalan 600 metr suvarma mövsümü başa çatdıqdan sonra düzəldiləcək. İndi suyu buraxmasaq, bütün kənd susuz qalacaq. Təxminən ayın 3-4-dək suyu buraxacağıq”.

Qiorqi Onianinin dediyinə görə, kanalın bərpası layihəsi 2018-ci ilin sonunadək tamamlanacaq. Bu layihənin dəyəri isə 933 700 laridir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register