Gender kvotası layihəsini Parlament dəstəkləməyib

GENDERI

Gürcüstan Parlamenti plenar iclasda birinci dinləmə ilə məcburi gender kvotası ilə bağlı qanunlayihəni dəstəkləməyib. Qanunu yalnız 66 deputat dəstəkləyib. “Seçki məcəlləsində”, orqanik qanun olaraq dəyişiklik daxil etmək üçün 75 deputatın dəstəyi lazımdır. Qeyd etmək lazımdır ki, “Avropalı Gürcüstan” gender kvotasını dəstəkləməyib.

37,455 seçici tərəfindən təqdim olunmuş qanunvericilik təşəbbüsü Parlament və yerli özünüidarəetmə seçkilərində, partiyalara öhdəlik qoyur ki, proporsional siyahıda hər ikinci namizəd fərqli cinsədn təqdim etsin.

Qanunlayihənin məqsədi siyasi partiyalar üçün məcburi gender kvotasının müvəqqəti norma daxil etmək yolu ilə, nümayəndəlik orqanlarında gender balansının yaxşılaşdırılması idi.

Qanunvericilik dəyişikliyə əsasən, Parlament və yerli özünüidarəetmə seçkilərində partiya siyashılarını təqdim edərkən, partiyalara öhdəlik qoyulur ki, cinsi balansı qorusunlar ki, partiya siyahısında hər ikinci fərqli cins nümayəndəsi olaraq namizəd təqdim etsinlər. Əks halda mərkəzi seçki komissiyası siyahını səhvi düzəltmə üçün partiyaya qaytarır. Səhv düzəlməsə o, halda partiya qeydiyyatdan keçmir. Bundan əlavə, Parlamentin və eləcə də bələdiyyənin üzvləri tərəfindən mandatdan imtina edilən halda, onun yerini həmin siyahıda növbəti həmin cins nümayəndəsi tutur.

Dəyişiklik yalnız proprsional sistemə aid olacaq. Məcburi gender kvotasını qəbul etməklə, partiya siyahısında (proprosional siyahı ilə) hər ikinci qadın üzv olmalıdır. Yekunda isə Parlamentdə qadınların 25%-lik nümayəndəliyini – 150 deputatdan 38 qadını qəbul edəcəyik.

Parlamentdə qadın sayına görə Gürcüstan dünyada 193 ölkə arasında 120-ci yerdədir.

Qlobal gender indeksinə əsasən, siyasi, iqtisadi və sosial həyatda qadın qoşulmasına görə, Gürcüstan 144 ölkə arasında 90-cı yeri tutur.

Hal-hazırda Gürcüstan Parlamentinin üzvlərinin 16%-i qadındır. 2016-cı ilin seçkilərinin nəticəsi olaraq Parlament mandatı 24 qadın qəbul edib.

2014-cü ilin yerli özünüidarəetmə seçkilərinin nəticəsinə əsasən, yalnız 16% qadındır. Ölkədə 15 nazirdən yalnız ikisi qadındır.

Mənbə: Liberal

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register