Ədalətli verginin olması halında küçə ticarəti ilə məşğul olanlar bazara daxil olmağa razıdılar
Marneuli bazarına daxil olanda yol kənarı ticarəti ilə məşğul olan insanları görmək olar. Ən çox sıxlıqda Yeni il və Novruz bayramları ərəfəsində müşahidə olunur. Bu isə avtomobillərin hərəkətinə mane olur. Həmin ərazidə iki bazar fəaliyyət göstərir. Amma satıcıların bir qismi o əraziyə getməyərək yol kənarında ticarət edir.
Satıcılar arasında belə bir söz-söhbət gəzir ki, həmin yol kənarında küçə ticarəti ilə məşğul olanlar Marneuli Bələdiyyəsi tərəfindən yığışdırılaraq bazar ərazisinə köçürləcək. Satıcılar bunu təstiqlədilər, onlar bazar ərazisində satış etməyin tərəftarı olduqlarını , amma verginin yüksək olduğundan şikayətləndilər.
Satıcılar bazar ərazisində kiçik və topdan satış edən satıcılar arasında ədalətli verginin olmasının tərəfdarıdılar.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments