“Vahid Qafqaz” festivalı böyük ehtimalla Marneulidə keçirilməyəcək

collage221

“Vahid Qafqaz” festivalı böyük ehtimalla Marneulidə keçirilməyəcək.  Cənubi Qafqazın üç ölkəsini və çox sayda xarici turisti birləşdirən festival Marneulidən Kvemo-Kartlinin başqa regionuna keçə bilər. “Vahid Qafqaz” festivalı Marneulidə Serakvi kəndində artıq 4 ildir ki, keçirilirdi.

Hər il bir neçə həftə ərzində yerli və xarici könüllülər festival şəhərciyi inşa edirdilər ki, Marneulilərin və  Cənubi Qafqazda yaşayan xalqın dörd günü bir yerdə keçirmək imkanları olsun. Xoş musiqi dinləsinlər, ailələri ilə birgə istirahət etsinlər, qonuşularının mədəniyyəti ilə tanış olsunlar. Ancaq bu il Marneuli meriyası yerlilərə bu imkanı vermir.

“Vahid Qafqaz” festivalının 2017-ci ilin koordinatoru İrakli Mikiani  “Marneuli” Radiosuna bildirir ki, Marneulinin meri və onun müavinləri ilə festivalın təşkilatçıları noyabr ayında  görüşüb. Həmin görüşdən dolayı isə hesab edir ki, festivalla bağlı Marneuli meriyasının maraqları çox aşağıdır.

“Merin rəsmi mövqeyi haqqında bilmirik. Yerli özünüidarədə bu haqda mövqe məlum deyil. Qeyri peşəkarlarla rastlaşdıq. Məsələn, merlə görüşmək istəyirik bunu bizim üçün mümkünsüz edirlər. Görüşün mənası da yoxdur çünki onlar hələ düşünmək mərhələsindədirlər”.

İrakli Mikiani bizimlə söhbət zamanı həmçinin qeyd etdi ki, festivalın təşkilatçıları, bələdiyyədən festiavla bağlı problem yaradılacağını, “Vahid Qafqaz” festivalının Marneulidən kənar çərçivəyə keçiriləcəyini heç düşünmürmüşlər. Amma onlar meryanın cavabdehliyinə görə, başqa bələdiyyələrlə danışıqlara başlayıblar.

Məlumatına görə “Vahid Qafqazın” təşkilatçıları Bolnisi Bələdiyyəsi ilə də danışıqlar aparıb və onlar ilk görüşdən festivalın Bolnisidə keçirilməsinə hazır olduqlarını bildiriblər.

Marneuli Radiosu gün ərzində cəhd göstərirdi ki, meriyadan rəsmi müsahibə alsın. Bir neçə dəfə  mer Temur Abazova zəng vurduq. Amma o, “Marneuli” radiosunun əməkdaşlarının zənginə cavab vermədi. İctimaiyyətlə əlaqələr şöbəsi isə merlə müsahibənin onun ağır iş qrafikinə görə alınmadığını bildirdilər.

Günün sonunda isə ənənəvi olaraq rəsmi məktubla müraciət etməmizi bidlirdilər. Nəticədə merlə başqa nömrədən əlaqə saxladıq və müsahibə yaza bildik. Marneulinin meri Temur Abazovun dediyinə görə, festivalın keçirilməsi ilə bağlı bələdiyyədə hələ müzakirə davam edir.

“Böyük məbləğ lazımdır və bu məsələ bizim üçün əhəmiyyətlidir. Etsək elə edəcəyik ki, məbləğ məsələsi həll olunsun”.

Bizim Vahid Qafqaz festivalının keçirilməsi  ilə bağlı merin rəsmi qərarının məlum olunması haqqında sualımıza o, belə cavab verdi.

“Baxır necə suallar olacaq. Baxır tələbləri necə olacaq. Biz elə vaxt bildirəcəyik ki, onlara da uyğun olsun”.

Artıq qeyd etdiyimiz kimi, Bolnisi bələdiyyəsi “Vahid Qafqaz” festivalına rayonlarında ev sahibliyi etməyə hazırdır. Temur Abazovdan Marneuli meriyasının qərarının gec olub olmayacağı haqqında soruşduq və o cavab verdi ki, meriyanın cavabı mənfi ya müsbət olsa da zamanında olacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register