Zorakılıq və erkən evlilik haqqında keçmiş ombudsman Marneulili şagirdlərlə müzakirə aparıb
Bu gün, 23 mart tarixində ictimai kitabxanada İnsan Hüquqları Mərkəzi Marneuli ictimai məktəblərinin yuxarı siniflərində təhsil alan qızlarla birgə “Qadın əşya deyil” adlı müzakirə keçirdi. İnsan Hüquqları Mərkəzinin regional ofisinin koordinatoru Tamar Lukava görüşün mövzusu haqqında danışdı.
“Bizim görüşdə 8-12 sinifdə oxuyan qızlar, həmçinin məktəb direktorları, yuxarı siniflərin rəhbərləri iştirak edirlər. Görüşün mövzusu erkən evlilik, qadınlara qarşı zorakılıq, ailə zorakılığıdır”.
Müzakirədə Marneulinin 3 məktəbindən – 5 saylı, 6 saylı və 2 saylı məktəblərindən 35 nəfər şagird iştirak edirdi. Onların keçmiş xalq müdafiəçisi Uça Nanuaşvilini dinləmək və ona sual vermək imkanları var idi. Müzakirə ərzində şagirdlər erkən evlilik və qadınlara qarşı zorakılığın aradan qaldırılmasında məktəb və cəmiyyətin rolunu müzakirə etdilər. Nanuaşvili bu məsələ ilə bağlı cəmiyyətin öhdəliyinə diqqət çəkdi.
“Münasibət çox şeyi həll edir. Bircə söz belə. Nəysə dəyişdirə bilər, hər kəsə imkan vermək lazımdır ki, maksimum təhssil alsın. Zoraklıqla bağlı danışırıq. Amma çox vaxt unuduruq ki, valdeyinlər arasında münaqişə və ya zoraklıq olduq da uşaqlar daha çox zərər çəkir. Sonra isə vəziyyəti düzəltmək çox çətin olur”.
Müzakirə İnsan Hüquqları Mərkəzinin qadınların və milli və dini azlıq nümayəndələrinin hüquqlarının möhkəmləndirilməsi ilə bağlı layihəsi çərçivəsində həyata keçirilirdi.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments