“Ədəbiyyat və interpretasiya” ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi – Homerin İliadası

edebiyat ve onterpretacia

“Ədəbiyyat və interpretasiya” ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi

Ədəbiyyat və interpretasiya verilişinin 3-cü buraxılışı yunan mifologiyasına və Homerin İliada əsərinə bir müqəddimədir. Yunan mifologiyasına görə Uranos Geya ilə evlənir.

Uranos səmadır, Geya isə torpaq. Onların övladlarının adı Kronos olur. Kronos böyüdükdən sonra atasını taxtdan salaraq onu kastrasiya edir yəni axtalayır (kastrasiyanın qədim yunan aləmində xüsusi rolu vardı və rəqibin  artmasına son qoymaq, nəticə də düşmənlərin artmamasını nəzərdə tuturdu). Kronos Rea ilə evlənir və onların övladları bunlar olur: Hera, Demetra, Poseydon, Hades və Zevs. Kronos öz övladlarına  təhlükə gözü ilə baxdığı üçün onlar doğulduqca diri-diri udurdu. Zevs anadan olanda Rea daşları bələklərə bürüyərək onu Kronosa verir və körpənin özünü isə uzaq bir adada gizlədir.

Zevs böyüdükdən sonra atasını yenir  və kastrasiya edir. Bu andan Zevs ən uca Tanrı hesab olunmaqda və Allahların atası çağırılmaqdadır. Atasını məğlub etdikdən sonra Zevs bacı-qardaşlarını da xilas edir. Yunan aləmində hər şey Zevslə başlayır və onun iradəsi ilə də bitir.

Homerin İliada əsəri 10 illik yunan-troyan müharibəsinin yalnız 53 gününü təsvir edir və əhvalatı heç də əvvəldən başlamır.

Belə bir qəribə təsvir üslubunun səbəbi poemada tərənnüm olunan hadisədən əvvəlki tarixçələrin yaxşıca məhşur olduğudur. Bu tarixçələr “Silsiləvi əhvatlar” adını daşıyır. Həmin “Silsiləvi əhvalatlara” görə   Troya müharibəsinə şahzadə Paris tərəfindən dünyanın ən gözəl qadını olan Yelenanı ərindən, Sparta kralı Menelaydan, xəbərsiz qaçırtması olur.

Paris Yelenanı güclə qaçırtmır – onları bir-birinə aşiq edən sevgi tanrıçası Afroditdir. Afroditin bu cür davranmasına isə  özünün iki rəqibi tanrıça Hera və tanrıça Afinaya  ilə üzərində mübahisəsi düşdüyü qızıl almanı Parisin məhz ona verməsi səbəb olur.

Afrodit vədinə sadiq qalaraq Parisi dünyanın ən gözəl qadını ilə evləndirir, lakin həmin qadın artıq ərdə olduğundan bu izdivac yunanlar və troyalılar arasında qanlı və dəhşətli bir qırğına bais olur.

Verilişdə bu hadisələr daha detallı şəkildə nəql edilərək izah olunmuşdur.

Verilişin təkrarını siz 96.9 fm dalğasında bazar günü saat 15:00-da dinləyə bilərsiz.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register