Tifllis Nəqliyyat Şirkəti park etmə xidmətinə görə 10 evakuator alacaq

Tiflis Nəqliyyat Şirkəti 10 ədəd evakuatorun alınmasına dair tender elan edəcək. Bu haqda İPN-ə Tiflis Nəqliyyat Şirkətindən bildiriblər.
Şirkətin məlumatına görə, evakuatorların alınmasına qədər, icarə müqaviləsinin bağlanmasına dair danışıqlar gedir və bununla Tiflisdə park etmə qaydaya salınmalıdır.
Onların bildirdiyinə görə, evakuatorların alınmasına dair tender təqribən bir aya başa çatacaq.
“Tenderin elan olunduqdan təqribən bir ay davam edəcək. Bu dövr qalib şirkəti aşkarlamaq üçün yetərlidir. Bu aylarla davam etməyəcək”, – şirkətdən bildiriblər.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments