Rusiyada ticarət mərkəzlərindən birində yanğın nəticəsində 53 nəfər həlak olub
Rusiyanın Kemerov şəhərində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində ən az 53 nəfər dünyasını dəyişib. Rusiyanın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, 16 şəxs itgin hesab olunur.
Həlak olanların və itgin düşənlərin arasında uşaqlar da var. Onlar yaz tətilinin başlamasını qeyd etmək üçün əyləncə mərkəzinə gediblərmiş. Mərkəz yanan obyektin dördüncü mərtəbəsində yerləşirmir və yanğın da orada baş verib.
Mənbə: netgazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments