“Serjə yox!” – gənclər Serj Sarkisianın baş nazir olaraq qalmasına etiraz ediblər

serk

“Serjə yox!” şüarı ilə aksiya keçmiş prezident Serj Sarkisiana qarşı Yerevanda keçirilib. Yürüşü gənclər keçiriblər və müxalifət partiyaları ilə əlaqəsi olmayıb.

Aksiya iştirakçıları bildiriblər ki, 2018-ci ilin 9 aprelindən sonra ölkənin baş naziri olaraq yenidən Serj Sarkisianın müzakirə olunmasını istəmirlər. Onlar qeyd ediblər ki, Serj Sarkisianın prezidentliyi dövründə 10 il ərzində bütün sahələrdə inkişaf dayanıb. Xüsusən onu qeyd ediblər ki, yarım milyona qədər vətəndaş Ermənistanı tərk edib.

Aksiyaçılar şəhərdə bir neçə yeri bağlayıblar, sonda isə idarəçi respublikaçılar partiyasının baş ofisinə gediblər və binanın girişinə “Serjə yox, getsin!” yazıları ilə posterlər vurublar.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register