Giorgi Kvirikashvili: “Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir”

geo

Azərbaycan prezidenti İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək.

Bu barədə Azərbaycan prezidenti ilə görüşündən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, Davosda baş tutan görüşdə qaz təchizatı mövzusuna toxunulmayıb: “Prezident İlham Əliyevlə görüş səmimi dostluq şəraitində keçib. Biz, həqiqətən, qaz təchizatı barədə  danışmadıq. Qeyd etmək istəyirəm ki, bu, texniki xarakterli məsələdi. Dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Biz  birgə İpək Yolu, Bakı-Tiflis-Qars layihələrini həyata keçiririk, ölkələrimizin iqtisadi yüksəlişi üçün vacib mənbə yaradırıq,” deyə Kvirikaşvili bildirib.

Gürcüstan baş nazirinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir: “Biz cənab Əliyevin tezliklə Gürcüstana səfərə edəcəyinə dair razılığa gəldik”, deyə baş nazir əlavə edib.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register