Dəmyə-Gorarxının əhalisi 6 kənddə olduğu kimi əsas problem olaraq zibillikləri vurğulayırlar
Dəmiyə Gorarxı kəndində sizi ilk qarşılayan kənd cavanlarının asudə vaxtını keçirdiyi çayxana olur. Görünür sakinlər kənddə yeni simaları az gördüyündən qısa zaman ərzində ətrafımız sual dolu baxışlarla bizə baxan insanlarla çevrildi. Problemləri ilə maraqlananda bizə ilk bildirdikləri məişət tulantıları problemi oldu.
Cavanlardan ikisi bizə problemdən əmin olmaq üçün məişət tulantılarının töküldüyü əraziyə apardılar. Təpələrin ətəyində olan bu geniş yaşılıqla dolu ərazi demək olar ki, kəndin səfalı yerlərindən biridi. Yaşıl otla örtülü bu yerin hər tərəfinədə məişət tulantılarını görmək olar.
Sakinlər kəndin daxilində zibil qutusu olmadığından , məişət tulantılarını bura töktüklərini bildirdilər.
Sakinlər bu problem haqda dövlət orqanlarına müraciyət etdiklərini bildirdilər.
Biz bu mövzu haqqında dəfələrlə “Təmiz Marneuli” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamışıq. Hər dəfəsində bizə eyni cavabı veriblər, “200 zibil qutusu sifariş olunub, gəlməyini gözləyirik”-deyə bildirirlər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments