Meriya tərəfindən satılmış 23 avtomobilin dəyərini “Marneuli” Radiosuna bildirmirlər

gamg

Marneuli Bələdiyyəsinin rəsmi veb-səhifəsində 22 mart tarixində məlumat yayımlandı və məlumatda Marneulinin yerli özünüidarəetməsinin balansında olan 23 avtomoblinin hərrac qaydası ilə satılmasından söhbət gedirdi. Meriyanın saytında yayımlanan məlumatda oxuduğumuza görə Bələdiyyənin yerli özünüidarəetməsinə ümumilikdə 55 avtomobil xidmət göstərirmiş. 26 avtomobil hərraca çıxarılıb və 23 avtomobil satılıb.

Məqalədə oxuyuruq ki, merin qərarına əsasən, merin 18 nümayəndəsinə avtomobil xidmət göstərməyəcək. Ancaq yerli özünüidarəetmənin struktur vahidləri üçün avtomobillər yenilənəcək.  23 satılmış avtomobildən gələn gəlirlə meriya 5 avtomobil almağı planlaşdırır. Onlar qeyd edirlər ki, müqayisədə yeni avtomobillər qənaətli olacaq və ətraf mühiti az çirkləndirəcək.

Bələdiyyənin büdcəsinə meriyanın hərraca çıxardığı və satdığı avtomobillərdən nə qədər məbləğ daxil olub? Gələn məbləğ nəyə sərf olunacaq? Qalan avtomobillər necə bölünəcək? ( onların satışı da planlaşdırılırmı?). Bildiyimiz kimi merin müvəkkilərinə avtomobillər xidmət göstərməyəcək. Onlar ərazi vahidlərinə necə gedəcəklər və öz öhdəliklərini necə yerinə yetirəcəklər? Bu suallara meriya cavab vermir və rəsmi müraciət etməmizi tələb edir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register