“Montajçı Nika” MMC Saimerlo uşaq bağçası tikintisi tenderinin qalibidir

BAGI

Marneulidə Saimerlo kəndinin uşaq bağçasının tikintisi üçün Marneuli meriyası tender elan edib Tenderdə yalnız bir iştirakçı olub və o, “Montajçı Nika” MMC adı ilə qeydə alınıb (Davit Tarğaşvili). Onun təklif etdiyi məbləğ 587000 larini təşkil edir. Əhali tərəfindən məlumat yayılıb ki, yeni uşaq bağçasının tikintisi güman ki, hal-hazırda memorial yerləşən ərazidə olacaq. Məlumatı aydınlaşdırmaq üçün Marneuli meriyasının infrastrukturun inkişafı, sahə quruculuğu, arxitektura və tikinti xidmətinin rəhbəri Leri Panqanla əlaqə saxladıq. O, qeyd etdi ki, bağça Saimerloda parkın həyətində tikiləcək.

Saimerlonun uşaq bağçasının tikinti sənədlərindən məlum olur ki, uşaq bağçasının binasında dörd tam qrup bloqu və başqa köməkçi otaqlar yerləşdiriləcək. İkinci mərtəbədə uşaq qrupları ilə birgə administrativ məkanlar və idman/incəsənət tədbirləri üçün zal yerləşəcək. Bina fiziki imkanı məhdud olan şəxslər üçün də adaptasiya edilmiş olacaq.

Tikinti sənədlərindən o, da məlum olur ki, ikinci dünya müharibəsi memorialı məhz həmin ərazidə yerləşir. İkinci dünya müharibəsi memorialı başqa yerə keçiriləcək. Həmin sənədlərdən məlum olur ki, yaşından və uyğun olmayan vəziyyətindən dolayı monumentin başqa yerə keçirilməsi çox ehtiyatla olmalıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register