Barış nazirliyinə məxsus avtomobil yeniyetməni vurub
Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri aparatına məxsus olan avtomobil yeniyetməni vurub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, yeniyetmə kiçik zərərçəkmə ilə İnqoroğva klinikasına yerləşdirilib.
Mətbuat xidmətinin məlumatına görə, sükanı nazirliyin sürücüsü idarə edirmiş və nazir Ketevan Tsixelaşvili də avtomobildə imiş.
DİN-in məlumatına görə, baş verənlər bağlı istintaq işi CM-nin 276-cı maddəsinin 1-ci hissəsinə əsasən gedir. Maddə nəqliyyatın hərəkət təhlükəsizliyinin və ya ekspluatasiya qaydasının pozulmasını nəzərdə tutur. İttihamın təsdiqlənməsi halında maddə cərimə və ya altı aydan iki ilə qədər ev məhbusluğu, yaxud da ki, üç ilə qədər azadlıqdan məhrum edilmə, üç il müddətinə vəzifə tutmaq ya vəzifə hüququndan məhrum edilməklə cəzalandırılır.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments