Kvemo Kartli tələbələri üçün layihə başlayır

UNDP

Ali təhsil aldıqdan sonra munisipolitetdə ictimai məmur olaraq çalışmaq üçün yerli özünüidarəetmənin tənzimləmə qanunvericliyinin test imtahanlarından keçmək vacibdir. Bu əsasən qeyri-gürcülər üçün çətinlik təşkil edir.

Dövlət işində çalışmaq üçün müsabiqə maneəsini aşmaqda yardım məqsədi ilə “Yaşıl Qafqaz” və “Beynəlxalq Mülki Mədəniyyət Mərkəzi”  BMT-nin inkişaf  proqramının (UNDP) maliyyə dəstəyi ilə, Kvemo Kartli tələbələri üçün yerli özünüidarəetmə layihəsinə başlayır.

2016-cı ilin yazında təcrübəli  məruzəçilər munisipal qanunvericilik üzrə, xüsusilə onlar üçün nəşr olunmuş dərsliyə əsasən iştirakçıları hazırlayacaqlar.

Treninq-seminarlar Tbilisi şəhərində, həftədə üç dəfə axşam saatlarında keçiriləcək. Kursun müddəti 4 həftədən ibarətdir. Proqramı yerli özünüidarəetmə məmurlarının test imtahanı verməli olduğu qanunvericiliyin tədrisindən ibarətdir. Kursu başa vurduqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ən yaxşı iştirakçılar iyul-avqust aylarında Kvemo Kartli munisipolitetlərinin icra hakimiyyəti və sakrebulo aparatında  1 ay ərzində təcrübə keçəcəklər.

Tədris kursunda iştirak etmək  istəyənlər 2016-cı ilin 20 fevral tarixinə qədər qeyd olunan E-mail ünvana greencaucasus1999@gmail.com  aşağıdakı məlumatları göndərməlidirlər:

  • İştirakçının ad və soyadı;
  • Yaşadığı yerin ünvanı;
  • Əlaqə telefonu və mail ünvanı;
  • Təhsil aldığı müəssisə/fakultə/kurs;

Əlavə məlumat üçün layihənin koordinatoru Qiorqi Abuladze ilə əlaqə saxlaya bilərsiniz: 598-677179.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register