Marneulidə “Gələcək nəsil” vətəndaş təhsili proqramının hesabat tədbiri keçirildi
Yanvarın 25 də, Marneuli bələdiyyəsində “Gələcək nəsil” vətəndaş təhsili proqramının hesabat tədbiri keçirildi. Tədbirin təşkilatçısı “Gürcü təhsil yönlü təşəbbüslər asossiasiyası -“Sika””-dır. Görüş də, proqramın Kvemo Katrli üzrə direktoru 2015-ci il iyul-dekabr aylarında bu bölgə də əldə edilmiş nailiyyətlər barədə danışdı. Hədəf seçilmiş məktəblərin şagirdləri proqram çərçivəsində həyata keçirdikləri öz fəaliyyətləri barədə auditoriyaya danışdılar. Müxtəlif nominasiyalar üzrə vətəndaş klubları, məktəblər, şagirdlər və müəllimlər mükafatlandırıldılar.
“Gələcək nəsil” proqramının məqsədi məktəblərdə vətəndaş təhsili, təhsil proqramının mükəmmələşdirilməsi yolu ilə vətəndaş cəmiyyətinin məlumatlılıq (bilik) səviyyəsini artırmaq və vətəndaşları fəallaşdırmaqdır.
Proqram Gürcüstanın 11 bölgəsinin 480 məktəbini əhatə edir. Ona Kvemo Kartlidən 55 məktəb qoşulub.
“Gələcək nəsil” proqramı ABŞ-ın beynəlxalq inkşaf agentliyi USAİD tərəfindən maliyyələşir, onu PH international həyata keçirir. Gürcüstanın Təhsil nazirliyi isə dəstəkləyir.
Gürcü təhsil yönlü təşəbbüslər asossiasiyası -“Sika” sözü gedən proqramın Kvemo Kartli üzrə tərəfdaşıdır.
0 Comments