Marneulidə ağır yol qəzası baş verib, yaralananlar var

Yanvarın 27-də gecə 01.00 radələrində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib.
Məlumata görə, AA 154 OA dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Marneulinin Rustaveli küçəsində işıqforun qırmızı işığını yüksək sürətlə keçərək CAN 444 nömrə nişanlı “Opel” markalı taksi avtomobilinə, sonra yol kənarındakı ağaca çırpılıb. Yüksək sürətlə gələn “BMW” avtomobili səki boyu sürüşərək küçədə yerləşən mağazaların qarşısında beton dirəkləri də qıraraq dayanıb. Qəza nəticəsində “BMW” avtomobilinin qabaq hissəsi tamamilə sıradan çıxıb, maşının mühərrik və digər hissələri, həmçinin maşının təkəri, amartizatoru yol boyu səpələnib. Hadisə nəticəsində sürücü və iki sərnişin ciddi yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, BMW-də 3 nəfər olub və onların üçünü də təsadüfən yoldan keçən bir maşın xəstəxanaya çatdırıb.
“Opel” markalı taksi avtomobilində olan 5 şəxs xəsarət almayıb.
Hadisə yerinə yol patrul xidməti gəlib, araşdırma aparılır.
az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments