Gürcüstandan Azərbaycana diri heyvanların idxalına məhdudiyyət qoyulması barədə əmr imzalanıb

goydil-virusu

   Sabahdan Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır. Artıq bununla bağlı Dövlət Baytarlıq Nəzarət Xidmətində məlumat var, sabah da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olacaq. Bununla əlaqədar sabah Dövlət Baytar Müfəttişinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register