Yenilənmiş 20 və 50 larilik əskinaslar istifadəyə verildi

lari

Milli bankın məlumatına əsasən yenilənmiş 100 larilik əskinaslar bu il gec  istifadəyə veriləcək. Bu haqda milli bank ictimaiyyətə əvvəlcədən məlumat verəcək.

Larinin yenilənmiş əskinaslarında yaxşı tanınan, əskinasların ilk mövzusu saxlanılmışdır. Hal-hazırda təqdim olunan tarixlər yeni elementlərlə rəngarəngləşdirilib. Yenilənmiş dizayn daha dəqiqliklə və müasir görünüşlə Gürcüstanın əhəmiyyətli mədəni-tarixi irsini əks etdirir.

Larinin yenilənmiş əskinasları kəskin şəkildə seçilən rəngləri özündə əks etdirir. Eləcə də əskinasların ölçüsü də yenilənib. Nominala əsasən əskinasların diaqonal və simmetrik böyüdülməsi prinsipindən istifadə olunub.

5 və 10 larilik əskinaslar daha sonra yenilənəcək. Köhnə buraxılışdakı əskinaslar da yenilərlə birgə istifadədə olacaq.

Yenilənmiş 20, 50 və 100 larilik əskinaslar haqqında ətraflı məlumat almaq üşün xüsusu veb-səhifə www.ganakhlebulilari.ge daxil ola bilərsiniz.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register