Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 4.2.2016-cı il.

Portuqaliyalı neyroloq və siyasətçi, Nobel mükafatı laureatı Eqas Moniz 4 fevral 1874-cü ildə anadan olmuşdu.

Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru olan Lütfi Zadə 1921-ci ilin 4 fevralında anadan olub.

Azərbaycan bəstəkarı və müğənnisi olan Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur.O, Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə mükafatlarla təltif edilib.

1967-ci ilin bu günü Yunanıstan Kipr probleminə dair Türkiyənin irəli sürdüyü şərtləri qəbul etmiş və bununlada böhran aradan qaldırılmışdır.

Bütün dünyanın istifadə etdiyi ən məşhur sosial şəbəkə olan facebook 2004cü ilin 4 fevralında Harvad Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaradılıb. 2010-cu ilin oktyabrında Microsoft şirkəti “Facebook”un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də2011-ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir. “Facebook”un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb.

Müəlliflər: Amil Mamedov

 Şura Kabulova

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register