Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb

domuz_gribine_yakalandiginiz_nasil_anlasilir_h1n1_virusu_nedir_teshis_ve_tedavi_yontemleri_nelerdir_yilin_buyuk_salginina_dikkat_2016_h6535

Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb. Bununla da bu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” telekanalına açıqlama verib.

Onun sözlərinə görə, ötən həftələrlə müqayisədə qeydiyyata alınan xəstələrin sayı azalıb: “Artıq üçüncü həftədir ki, qeydiyyata alınan xəstələrin sayının azaldığını müşahidə edirik. Təəssüf ki, H1N1 virusundan daha bir nəfər ölüb. Bu, xəstənin həkimlərə gec müraciət etməsi üzündən baş verib. Biz hamıya tövsiyə edirik ki, H1N1 virusunun simptomları aşkar edilsə, dərhal xəstəxanalara müraciət etsinlər”.

Mənbə :az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register