Türkiyədə dünyasını dəyişmiş Marneuli sakinlərinin cəsədləri bu gün ailələrinə təhvil verildi

FB_IMG_1454447716078

Türkiyədə dünyasını dəyişmiş Marneuli sakinlərinin cəsədləri bu gün ailələrinə təhvil verildi. Türkiyədə bu 3 nəfərin başına nələr gəldiyi barədə onların ailə üzvlərində dəqiq məlumat yoxdur. APA-nın Gürcüstan bürosu xəbər verir ki, iki bacı – 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaların, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovun ölümü haqqında Marneulidə müxtəlif versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını dedi. Türkiyənin mətbuat orqanlarından biri olan “Haber Gazete”nin verdiyi məlumata görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edərək polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub. Gürcüstan mətbuatı Şərifovların evə dolmuş təbii qazdan boğulmaları xəbərinidə yaydı. Əslində nə baş verdiyi müəmmalı qalmaqdadı. Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə:az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register