ÜST: “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb

2014-cü ilin yanvarından etibarən “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.
“2015-ci ildə Şimali və Cənubi Amerikada “Zika” virusuna ilk yoluxma faktları qeydə alınandan sonra, onun coğrafiyası ardıcıl surətdə genişlənib. “Aedes aegypti” növlü ağcaqanadının yaşama arealı olan ərazilərdə virusun yayılması gözlənilir. 2014-cü ilin yanvarından 2015-ci ilin fevral ayınadək “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb”, məlumatda qeyd olunub.
Qeyd edək ki, Zika virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virusu “Aedes aegypti” növlü ağcaqanadlar tərəfindən yayılır.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments