Kaladze: “”Qazprom”la razılaşma hələ baş tutmayıb”

kaxa kalace

   ”Qazprom”la razılaşma hələ baş tutmayıb” bu sözləri qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.    O deyib ki, “Qazprom”la növbəti görüşün vaxtı hələ müəyyən olunmayıb.

Nazir “Qazprom”la aparılan danışıqlarda siyasi kontekstin olmadığını söyləyib: “Mən bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan “Qazprom”la hər il əlaqə yaradır. Kifayət qədər yaxşı və dostluq münasibətləri var. Çətinliklərə baxmayaraq, bu əlaqəni məndən əvvəlki nazirlər qurublar. Mən kiməsə və nəyə görə bu münasibətləri itirmək niyyətində deyiləm”.

K. Kaladze bir nazir kimi Gürcüstanın enerji sektorunda gedən proseslərə cavabdeh olduğunu söyləyib. O qeyd edib ki, “Qazprom”la danışıqlarda hələ razılıq əldə olunmayıb: “Proses ona görə belə uzanır. Bizim öz mövqeyimiz və baxışlarımız var. Bu sahənin inkişafı üçün, insanlarımız üçün maksimal nəticə almaq məqsədilə mümkün olanı edəcəyik”.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register