Azərbaycanlı Araz Fransanın “O səsini” fəth etdi – VİDEO

mugam

   Həmvətənimiz səhnəyə tar ilə çıxıb.

   Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb.

Şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz Özara adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib.

Səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib.

Bütün jüri və tamaşaçıları səsinə heyran edən Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır.

Həmvətənimizin Fransanın “The Voice” şousunda çıxışını təqdim edirik.

https://youtu.be/yeMm0G1KhBQ

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register