2016-cı il Milli Dövlət imtahanlarının qeydiyyatına start verildi
2016-cı il Milli Dövlət imtahanları üçün qeydiyyat 9 fevral tarixində başlayacaq və 15 mart tarixində başa çatacaq.
Qeydiyyat prosesində yeniliklər də var:
Abiturientlər üçün şəxsi sənədlərin yoxlanılması və fənnlər üçün qeydiyyat ilk mərhələdə 9 ferval tarixindən 15 mart tarixinə qədər davam edəcəkdir. Bu müddət ərzində abituriyentlər qeydiyyatdan keçməlidirlər. Dövlət müəssisələrinə qəbul olmaq üçün ən az 4 imtahandan, Mədəniyyət / İdman fakultələrinə ən az 3 imtahandan, Dini və Gürcü dili hazırlıq kursu üçün isə ən az 1 imtahandan keçməlidirlər.
15 mart tarixindən sonra abituriyentlər qeydiyyatdan keçə bilməyəcəklər. Qeydiyyatdan keçmiş abituriyentlər isə 1 iyul tarixinə qədər istədikləri zaman seçimlərində dəyişiklik edə bilərlər. Tutaq ki, abituriyent fizika fənnini qeyd edib, onun əvəzinə dəyişib coğrafiya fənnini qeyd edə bilərlər və ya ümümi qabiliyyət imtahanını gürcü dilində qeyd edib sonra dəyişib azərbaycan, erməni və s. dilləri seçə bilərlər.
2016-cı ildə imtahanların bir hissəsi elektron formatda qəbul ediləcəkdir:
- Abituriyentlər
- Pedaqoqlar
- Tələbələr
- Magistr kandidatları
İmtahan elektron formatda qəbul ediləcəkdir. Yeni formatda imtahan iştirakçısı sualı önündə olan kompyuter ekranında görəcəkdir,ancaq cavabını isə cavab vərəqəsində qeyd edəcəkdir.
Mənbə: www. naec.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments