Gürcüstanda 53 yaşlı qadın “donuz qripi”ndən ölüb
Kaxeti bölgəsində H1N1 (“donuz qripi”) virusuna yoluxan 53 yaşında qadın ölüb.
Bu barədə bölgə səhiyyə nümayəndəsi Marina Kapanadze bildirib.
Onun sözlərinə görə, virusdan dünyasını dəyişən qadın aptek işçisi olub. Məlumata görə, ölən qadın Gürcaani rayon xəstəxanasında 10 gün müalicə alıb. M. Kapanadze açıqlamasında xəstədə ağır klinik simptomlar aşkar edildiyini və onun müalicə üçün paytaxta göndərildiyini bildirib.
Xatırladaq ki, qış fəslində Gürcüstanda 10 nəfər virus infeksiyasından ölüb. Həkimlərin dediyinə görə, ölüm hallarının səbəbi H1N1 virusuna yoluxan xəstələrin həkimlərə gec müraciət etməsi olub.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments